
Bakı. Trend:
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin
yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi
küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər
təşkil olunacaq.
Bu barədə Bakı Şəhər DYP İdarəsinin məlumat yayıb.
Hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək
aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
I yürüş marşrutu: Heydər Əliyev Sarayı – Bülbül prospekti –
Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz
Vağzalı;
II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri”
Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrostansiyası – Qala
qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram
Gur heykəli;
III yürüş marşrutu: Q.Musabəyov parkı – Əbdürrəhim bəy
Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı –
Parlament prospekti – Şəhidlər Xiyabanı;
IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi –
Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər
Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;
V yürüş marşrutu: Nəriman Nərimanov heykəli – Mərkəzi Park –
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər
Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall
Ticarət Mərkəzi;
Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən
tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan
istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ
yollardan istifadə etmələri xahiş olunur.

