Rumıniyanın Rusiyadakı konsulluğu bağlanır

Baş səhifə

Rusiya Rumıniyanın Sankt-Peterburqdakı baş konsulluğunu bağlayacağını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 25-də Rumıniyanın Rusiyadakı səfiri Kristiana İstrate Rusiya XİN-ə çağırılıb. Ona Rumıniyanın Sankt-Peterburqdakı baş konsulunun persona non grata elan edilməsi və həmin ölkənin konsulluq müəssisəsinin bağlanacağı ilə bağlı nota təqdim olunub.

Rusiya XİN vurğulayıb ki, bu addımlar Buxarestin Rusiyanın Konstansadakı baş konsulluğunun fəaliyyətinə verdiyi razılığı ləğv etməsinə və onun rəhbərini persona non grata elan etməsinə cavab olaraq atılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir