Lukaşenko Zelenskini hədələdiyini İDDİA ETDİ

Baş səhifə

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna prezidenti Volodimir Zelenskinin nümayəndələri ilə Minskdə görüşdüyünü bildirib.

Modern.az xəbər verir ki, məlumatı Belarusun dövlət xəbər agentliyi BЕЛТА yayıb.

Belarus lideri bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov ilə görüşü zamanı danışıb.

Lukaşenkonun sözlərinə görə, o, Ukrayna tərəfinin nümayəndələrinə açıq şəkildə belə deyib:

“Uşaqlar, bunu Prezidentinizə çatdırın: əgər o düşünürsə ki, bizimlə bu cür danışmaq və bizi də müharibəyə cəlb etmək olar, o zaman başa düşməlidir ki, müharibənin xarakteri dərhal dəyişəcək. Bu, tamamilə başqa bir müharibə olacaq”.

Belarus lideri bildirib ki, Minsk bu sözlərə cavab alıb.

“Prezident də, onlar da bunu anlayırlar. Buna görə də, gəlin, uşaqlar, razılığa gələk”, – deyə Lukaşenko vurğulayıb.  

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir