​Norveçdə məktəblərdə süni intellekt qadağan edildi

Baş səhifə

Avropada rəqəmsal təhsil siyasətində dönüş nöqtəsi sayıla biləcək mühüm bir qərar qəbul olunub.

Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Norveç süni intellekt texnologiyalarının azyaşlıların inkişafına mənfi təsirlərini əsas gətirərək, ibtidai siniflərdə bu qəbildən olan alətlərin istifadəsini tamamilə qadağan edib. Ölkənin Təhsil Nazirliyi bəyan edib ki, uşaqlar tənqidi təfəkkür, oxu-yazı və problem həll etmə kimi həyati bacarıqları heç bir rəqəmsal dəstək olmadan, ənənəvi üsullarla qazanmalıdırlar.

Hələlik yalnız ibtidai sinifləri əhatə edən bu addımın ardınca orta və yüksək siniflər üçün də ciddi məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir. Mütəxəssislər hesab edir ki, texnologiyanın sürətlə yayıldığı bir dövrdə uşaqların idrakı inkişafını qorumaq məqsədi daşıyan bu qərar digər Avropa ölkələri üçün də bir nümunəyə çevrilə bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir