Ağcabədidə ağır yol qəzası ölümlə nəticələnib

Baş səhifə

Ağcabədi. Trend:

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin
ölümü ilə nəticələnib.

Trend-in Qarabağ
bürosunun əldə etdiyi məlumata görə, qəza rayonun Muğanlı kəndi
ərazisində qeydə alınıb. 1988-ci il təvəllüdlü rayon sakini Amil
Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobil ilə
2007-ci il təvəllüdlü, əslən Şuşa rayonundan olan Qara Ramil oğlu
Həsənovun idarə etdiyi Hyundai markalı avtomobil toqquşub.




Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri
alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, Amil Bəylərovun
həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını
dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir