Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının
108-ci ildönümü münasibətilə paytaxtın müxtəlif küçə və
prospektlərində təşkil olunan hərbi orkestrlərin müşayiəti ilə
yürüşlər başlayıb.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət
Himni ifa olunub.

Qeyd edək ki, yürüşlər beş marşrut üzrə təşkil olunub:

I yürüş marşrutu: Heydər Əliyev Sarayı – Bülbül prospekti –
Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz
Vağzalı;

II yürüş marşrutu: Şəhidlər xiyabanı – “Alov Qüllələri”
Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrostansiyası – Qala
qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram
Gur heykəli;




III yürüş marşrutu: Q.Musabəyov parkı – Əbdürrəhim bəy
Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı –
Parlament prospekti – Şəhidlər xiyabanı;

IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi –
Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər
Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli – Mərkəzi Park –
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər
Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – “28
Mall” Ticarət Mərkəzi.

Paytaxtda hərbi qulluqçuların yürüşləri 12:00-dək davam
edəcək.

Yürüşlər paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Naxçıvan, Bərdə,
Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və
meydanlarında da keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir