Rayonlarda yağış yağır, şimşək çaxır

Baş səhifə

Bakı. Trend:

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış
yağır, yağıntılar Balakən-Şəki zonasında leysan xarakterlidir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat
10:00-a olan məlumatında qeyd olunub.




Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 37, Zaqatalada 20,
Oğuzda 19, Qaxda 15, Balakəndə 12, Göyçay, Qəbələdə 10,
Mingəçevirdə 9, Şamaxıda 8, Ağdamda 7, Şahdağda 6, Qusarda 5,
Qubada 4, Zərdabda 3, Qobustanda 2, Naxçıvan, Ordubad, Gədəbəy,
Xızı, Şabran, Bərdə, Tərtər, Yevlax, İmişli, Şuşa, Füzuli,
Kəlbəcər, Zəngilanda 1 mm-dək qeydə alınıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31,
Naxçıvan MR-da 32, Aran rayonlarında 35, dağlıq rayonlarda 23
dərəcəyədək isti müşahidə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir