
Bakı. Trend:
2026-cı il dünya çempionatı məhsuldarlıq baxımından mundiallar
tarixinə düşüb.
FİFA-nın statistikasına əsasən, turnirdə indiyədək 173 qol
vurulub. Bununla da DÇ-2026 ən məhsuldar dünya çempionatı olub.
Əvvəlki rekord 2022-ci ildə Qətərdə keçirilən mundiala məxsus idi.
Həmin yarışda komandalar ümumilikdə 172 dəfə fərqlənmişdilər.
Maraqlıdır ki, DÇ-2026-nın qrup mərhələsində hələ bir neçə oyun
keçirilməlidir. Bu isə qol sayının daha da artacağını göstərir.
FİFA prezidenti Canni İnfantino “Instagram” hesabında
bildirib:
“Qətərdə qeydə alınan əvvəlki 172 qolluq rekordu geridə qoymaq
2026-cı il FIFA dünya çempionatını artıq indidən unudulmaz edən
həyəcanı və hücum futbolunun gücünü bir daha nümayiş etdirir”.
Qeyd edək ki, bu ildən etibarən dünya çempionatında ilk dəfə 48
milli komanda iştirak edir.

