Hər zaman tək yumruq olmağa davam edəcəyik – Türkiyə MN

Baş səhifə

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Azərbaycanı 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

Paylaşımda deyilir:

“Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönümü münasibətilə qardaş Azərbaycanı ürəkdən təbrik edirik. Ölkənin sabitliyi və təhlükəsizliyi naminə gecə-gündüz fədakarlıqla xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. Hər zaman olduğu kimi, bundan sonra da tək ürək, tək yumruq olmağa davam edəcəyik.”

Paylaşım qısa zamanda sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb və Azərbaycan-Türkiyə qardaşlığına dair çoxsaylı dəstək mesajları ilə paylaşılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir