Ağsuda çətənə kolu yetişdirən şəxs saxlanıldı

Baş səhifə

Ağsuda dağlıq ərazidə çətənə kolu yetişdirən şəxs saxlanılıb.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 37 yaşlı Sübhan Baxşıyevi saxlayıb.

Ondan dağlıq ərazidə əkdiyi 59 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Davud Tarverdiyev / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir