“Qarabağ”ın yeni transfer üçün ödədiyi məbləğ bəlli oldu

Baş səhifə

Bakı. Trend:

“Qarabağ”ın yeni transferi Renaldo Sefasın transferi üçün
ödədiyi məbləğ bəlli olub.

Xarici media yazır ki, Ağdam klubu yamaykalı hücumçu üçün
Rusiyanın “Pari Nijni Novqorod” klubuna 880 min avro (təxminən 1,7
milyon manat) ödəyib.

Qeyd edək ki, “Qarabağ”ın Rusiyanın “Pari Nijni Novqorod” klubu
ilə danışıqları uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas
“Qarabağ”a transfer olunub.




Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən
futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu
ilin yayına qədər “Qarabağ”ın formasını geyinəcək.

Yamaykada “Arnett Qardens”in formasını geyinmiş Renaldo Şimali
Makedoniyada “Şkupi”, Türkiyədə “Ankaragücü”də çıxış edib və
2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir