Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisələri qeydə
alınıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat
yayıb.

Məlumatda qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri
tədbirlərlə vətəndaşlardan birinin bankomatda unutduğu pul
vəsaitini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48
yaşlı S.Süleymanov müəyyən olunaraq saxlanılıb.




Keçirilən digər tədbir zamanı rayon ərazisində iaşə
obyektlərindən birindən 900 manat dəyərində mobil telefonu
oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum
olunmuş 35 yaşlı R.Kərimov da saxlanılıb.

Araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir