Rusiya və Ukrayna əsirlərini mübadilə etdi

Baş səhifə

Rusiya və Ukrayna arasında növbəti hərbi əsir mübadiləsi baş tutub.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, iyunun 26-da Ukrayna  nəzarətində olan ərazilərdən 160 rusiyalı hərbçi geri qaytarılıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 160 hərbi qulluqçusu Ukrayna tərəfinə təhvil verilib.

Nazirlikdən bildirilib ki, əsirlikdən azad olunan rusiyalı hərbçilər hazırda Belarus ərazisindədirlər. Onlara tibbi və psixoloji yardım göstərilir. Həmçinin Rusiya İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantrova onların yanında fəaliyyət göstərir.

Qeyd olunub ki, rusiyalı hərbçilərin əsirlikdən qaytarılması prosesində humanitar xarakterli vasitəçilik missiyasını Birləşmiş Ərəb Əmirlikləri həyata keçirib.

Rusiya Müdafiə Nazirliyi BƏƏ-yə göstərdiyi vasitəçilik dəstəyinə görə təşəkkürünü ifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir