“Arsenal” Braziliya millisinin üzvünü transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeş İngiltərə Premyer
Liqasında klubunu dəyişə bilər.

“Arsenal” braziliyalı oyunçunu transfer etmək istəyir. Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.




London klubu artıq Gimaraesin ətrafı ilə ilkin danışıqlara
başlayıb. “Arsenal” 28 yaşlı futbolçu üçün onun klubuna 80 milyon
funt-sterlinqlik təklif göndərməyi nəzərdə keçirir.

Qeyd edək ki, “Nyukasl” Bruno Gimaraesi 2022-ci ilin yanvarında “Lion”dan 42 milyon avroya transfer edib.Braziliya millisinin üzvü
2025/26 mövsümündə “sağsağanlar”ın heyətində meydana çıxdığı 41
rəsmi matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun
klubla müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir