Avropa klubu “Fənərbaxça”nın ulduzunu istəyir

Baş səhifə

İtaliyanın “Komo” klubu “Fənərbaxça”nın yarımmüdafiəçisi İsmayıl Yüksəyin xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, Seriya A təmsilçisi futbolçunu transfer etmək istəyir. Türkiyə mətbuatının məlumatına görə, “Komo” İsmayıl Yüksək üçün 20 milyon avro irəli sürüb. Bununla belə, “Fənərbaxça”nın futbolçunu satmağa tələsmədiyi bildirilir. Klub rəhbərliyi təcrübəli yarımmüdafiəçini yeni mövsümün əsas fiqurlarından biri hesab edir. Baş məşqçi İsmayıl Kartalın da oyunçunun komandada qalmasının tərəfdarı olduğu qeyd olunur.

Mütəxəssisin rəhbərliklə görüşdə İsmayıl Yüksəyin əhəmiyyətini xüsusi vurğuladığı iddia edilir. Bu səbəbdən “Fənərbaxça”nın gələcək təkliflərə baxmayaraq futbolçunu buraxmaq niyyətində olmadığı bildirilir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir