
Bakı. Trend:
Türkiyənin məşhur aktyoru Kadir İnanır 77 yaşında dünyasını
dəyişib.
Aktyor mayın 15-də səhhətində yaranan problem səbəbindən
İstanbulun Beşiktaş rayonunda yerləşən xəstəxanalardan birinə
aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra həkimlərin
qərarı ilə reanimasiya şöbəsinə yerləşdirilib.
Müayinələrin nəticəsində Kadir İnanıra pnevmoniya diaqnozu
qoyulub. Vəziyyəti ağırlaşdığı üçün o, süni tənəffüs aparatına
qoşulub.
Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq,
aktyorun həyatını xilas etmək mümkün olmayıb.

