
2025-ci ildə Türkiyədə 491 684 nəfər vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitə 2024-cu illə müqayisədə ölüm sayında artım olduğunu açıqlayıb. Məlumata görə, 2024-cü ildə qonşu ölkədə 489 734 nəfər həyatını itirib.
Dövlət Statistika Komitəsi insanların hansı xəstəliklərdən həyatını itirdiyini də açıqlayıb. Məlum olub ki, türklər ötən il daha çox ürək xəstəliklərinin qurbanı olub. İkinci yerdə isə böyrək xəstəlikləri dayanır.
Komitə həyatını itirənlərin cinsi mənsubiyyətini də açıqlayıb. Rəsmi məlumata görə, ötən il olənlərin 55,1 faizini kişilər, 44,9 faizini isə qadınlar təşkil edib.
Ölkədə ölüm sayına görə, birinci yerdə Sinop, ikinci yerdə Kastamonu, üçüncü yerdə Giresun, dördüncü yerdə Balıkesir gəlir.

