Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib

Baş səhifə

ABŞ prezidenti Donald Tramp İranın hərəkətlərini atəşkəsin pozulması hesab etdiyini təsdiqləyib, lakin ABŞ-ın cavab olaraq hər hansı bir tədbir görmək niyyətində olub-olmadığını dəqiqləşdirməkdən imtina edib.

APA xəbər verir ki, Tramp ABŞ-ın İrana qarşı mümkün addımları ilə bağlı suala cavab olaraq – “Bunu öyrənəcəksiniz” deyib.

Tramp, iyunun 25-də Hörmüz boğazından keçən bir gəmiyə İran ordusunun dronlarla hücum etdiyini iddia edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir