
Bakı. Trend:
İnsayder Fabrizio Romanonun məlumatına görə, Stefan de Vrey “Panathinaikos” klubuna keçir.
34 yaşlı müdafiəçi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş
müqavilə imzalayacaq. Sazişdə daha bir il uzatma opsiyası da yer
alacaq.
Niderlandlı futbolçu “Inter”dən ayrıldıqdan sonra yeni klubuna
azad agent kimi qoşulacaq. De Vrey bazar ertəsi Afinaya yollanacaq
və burada tibbi müayinədən keçəcək.

