
Bakı. Trend:
İyunun 27-si Ümumdünya Balıqçılıq Günü kimi qeyd olunur.
Bu gün 1984-cü ildə Romada keçirilən balıqçılığın tənzimlənməsi
və inkişafı üzrə beynəlxalq konfransın qərarı ilə təsis edilib və
1985-ci ildən qeyd olunur.
Ümumdünya Balıqçılıq Gününün əsas məqsədi balıq ehtiyatlarının
qorunması, su bioresurslarının səmərəli istifadəsi, həmçinin
balıqçılıq ənənələrinin yaşadılması barədə ictimaiyyəti
məlumatlandırmaqdır.
Bu gün dünyanın bir çox ölkələrində balıq ovu üzrə müxtəlif
yarışlar, təlim seminarları keçirilir. Həmin tədbirlər həm peşəkar,
həm də həvəskar balıqçıları bir araya gətirir. Azərbaycanda da
Xəzər dənizi və daxili su hövzələrinin zənginliyi nəzərə alınaraq,
bu gün hər il qeyd edilir.

