
Bakı. Trend:
Yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı
ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu prosesinin
olacağı ehtimal olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Mətbuat Xidməti
məlumat yayıb.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin ötən gün
yaydığı məlumatda bildirilirdi ki, Bakıda və Abşeron yarımadasında
iyunun 27-si axşamdan 28-i səhərədək gözlənilən yağış leysan
xarakterli intensiv olacaq, şimşək çaxacaq.
Əsasən gecə saatlarında yağışın qısa müddətə güclənəcəyi
ehtimalı var. İyunun 28-də havanın nisbətən sərin keçəcəyi
gözlənilir.

