
Uzun illər Bakıda müxtəlif məktəblərə rəhbərlik etmiş tanınmış pedaqoq Nəbi Mahmudov vəfat edib.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, 71 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, riyaziyyat üzrə fəlsəfə doktoru, Lütfi Zadə adına BMEA-nın müxbir üzvü N.Mahmudov 30 ilə yaxın müddət 83 və 246 saylı məktəb-liseylərə rəhbərlik edib. O, bir müddət Elm və Təhsil Nazirliyində də çalışıb. 200-dən yuxarı elmi, pedoqoji-metodiki məqalənin, o cümlədən 90-na yaxın dərslik, dərs və metodiki vəsaitin müəllifidir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

