Tramp Con Boltonu axmaq adlandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp keçmiş milli təhlükəsizlik müşaviri
Con Boltonu axmaq və səriştəsiz adlandırıb.

ABŞ prezidenti bunu “Truth Social”da yazıb.

Tramp ümid edir ki, keçmiş müşaviri məxfi sənədlərlə düzgün
işləmədiyinə görə sərt cəza alacaq.




“Con Bolton son dərəcə axmaq, qeyri-sabit və səriştəsiz keçmiş
ABŞ nümayəndəsi… O, dəhşətli bir insandır, nifaq və savaçdan
başqa bir şey istəməyən və hara getsə, ölüm və dağıntı yayan
dəlidir. Ümid edirəm ki, onunla sərt davranılacaq!”, – deyə cənab
Tramp qeyd edib.

Con Bolton 2018-ci ildən 2019-cu ilə qədər Milli Təhlükəsizlik
Müşaviri vəzifəsində çalışıb. Onunla bağlı istintaq 2020-ci ildə
başlayıb. 2025-ci ilin oktyabr ayında Bolton məxfi məlumatların
düzgün işlənməməsi və üçüncü tərəflərə ötürülməsi ilə bağlı 18
maddə ilə ittiham olunub. Keçmiş müşavir günahını etiraf edib. ABŞ
Ədliyyə Nazirliyi ilə bağlanmış müqavilənin bir hissəsi olaraq,
prokurorlar ona qarşı 17 ittihamı ləğv edəcəklər. O, həmçinin 2,2
milyon dollar cərimə ödəyəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir