
Futbol üzrə Türkiyə yığma komandası Dünya Çempionatı ilə vidalaşsa da, ay-ulduzluların uğursuz oyunu ilə bağlı müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, Türkiyə mediası mövzuya dair sensasiya sayılacaq açıqlamalar verib. Yerli mətbuatın yazdığına görə, milli komanda iki tanınmış futbolçunun – “İnter”in ulduzu Hakan Çalhanoğlu ilə “Beşiktaş”ın kapitanı Orkun Kökçü arasındakı intriqanın qurbanı olub. Əsas heyəti Hakan Çalhanoğlu müəyyənləşdirdiyi üçün Kökçünün ilk iki matçda ehtiyat oyunçular skamiyasında oturduğu iddia olunur. Yerli KİV-in yazdığına görə, meydandakı uğursuzluğun başlıca səbəbi komanda daxilindəki intriqa olub. Türkiyə yeganə qələbəsini məhz Hakan Çalhanoğlunun əsas heyətdə yer almadığı ABS-la matçda qazana bilib.
Türkiyə mediasının iddiasına görə, iki futbolçu arasındakı konfliktə Orkun Kökçünun atası da qarışıb. O, futbolçuların qaldığı oteldə Hakan Çalhanoğluna hücum edərək, onu ağır sözlərlə təhqir edib. Bundan sonra Türkiyə Futbol Federasiyasının sədri İbrahim Haciosmanoğlu futbolçuların ailə üzvlərinin məşq prosesini izləməsini qadağan edib.

