
Bakı. Trend:
Disney 2026-cı ildə rekord həddə, daha dəqiq desək 3 milyard
dollar qazanc əldə edib.
Xarici media yazır ki, gəlirin əsasını bir neçə film təşkil
edir.
Onların sıraslnda “Oyuncaqların hekayəsi – 5” (artıq 367 milyon
dollardan çox), “İblis Prada Geyinir 2” (677,6 milyon dollar, hər
iki filmin gəliri 1 milyard dolları keçib), “Ulduz müharibələri:
Mandaloriyalı və Qroqu” (323 milyon dollar), “Tullanışçılar” cizgi
filmi (372 milyon dollar) və “Kömək edin!” (94 milyon dollar).
Statistikaya həmçinin 2025-ci ildəki uğurlar, o cümlədən “Avatar: Od və Kül” və “Zootopia 2” də daxildir.
Disney son on ildə doqquz dəfə qlobal liderliyi ələ keçirib.
Studiyanın ilin sonuna qədər daha bir neçə böyük buraxılışı var:
Eyniadlı “Moana” cizgi filmi əsasında çəkilmiş “Moana” filmi(10
iyul), Ridli Skottun “İt bürcü” filmi (28 avqust), “Billi və Sehr
Dünyası” cizgi filmi (25 noyabr) və “Qisasçılar: Doktor Dum” (18
dekabr).

