Ukrayna Krımda hava hücumundan müdafiə sistemini vurdu

Baş səhifə

Ukrayna Silahlı Qüvvələri Krımda Rusiya ordusunun hərbi logistikasında istifadə olunan bərəni və hava hücumundan müdafiə sistemini hədəfə aldığını açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində Kerç şəhərində yerləşən və Rusiya ordusunun Ukraynanın cənub bölgələrində hərbi logistikasının təmin edilməsində istifadə olunan “Petropavlovsk” avtomobil bərəsi vurulub.

Məlumata görə, Ukrayna hərbçiləri həmçinin Krımın Feodosiya şəhərində yerləşən “Pantsir-S1” zenit-raket və artilleriya kompleksini də hədəfə alıblar.

Qeyd olunub ki, sözügedən hava hücumundan müdafiə sistemi ilhaq edilmiş Krımın hava məkanının mühafizəsi üçün istifadə edilirdi.

Rusiya tərəfi isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir