
Bakı. Trend:
“Qarabağ” futbolçusu Leandro Andradenin transferi ilə bağlı
Ukraynanın “Polesye” klubunun təklifini yarımmüdafiəçinin istəyini
nəzərə alaraq müsbət cavablandırıb.
“Qarabağ” rəsmi saytında yayılan məlumata görə, klublar arasında
aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında
razılıq əldə olunub.
2022-ci ilin yanvarından “Qarabağ”ın formasını geyinən
kabo-verdeli futbolçu komandanın heyətində 2021-2022-ci,
2022-2023-cü, 2023-2024-cü və 2024-2025-ci illər mövsümlərində
Azərbaycan çempionu olub, 2021-2022-ci və 2023-2024-cü illər
mövsümlərində Azərbaycan kubokunu qazanıb. Komandanın 2023-2024-cü
illər mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025-2026-cı
illər mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna
yüksəlməsində əməyi olan Andrade 2022-2023-cü və 2024-2025-ci illər
mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021-2022-ci və
2022-2023-cü illər mövsümlərində UEFA Konfrans Liqasının pley-off
mərhələlərinin iştirakçısı olub. Leandro “Qarabağ”da keçirdiyi
ümumilikdə 213 matçda 60 qol vurub.
Andrade “Qarabağ”da oynadığı müddətdə Avropa miqyaslı klub
turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli
matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə
oyunçudur.

