Bakı–Naxçıvan aviareysləri ləğv edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Hava Yollarının (AZAL) 27 iyun 2026-cı il tarixinə
planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda
müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti
məlumat yayıb.




Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat
veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə
icra edilməyə davam edəcək.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın
təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və
beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə
həyata keçirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir