Hörmüz boğazında tankerə hücum edilib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət
Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında bir tankerə hücum
edildiyini bildirib.

UKMTO-nun məlumatına görə, tanker kapitanı naməlum mərmi ilə
vurulduğunu bildirib. Gəminin gövdəsi zədələnib. Hücumu kimin
etdiyi məlum deyil.




Qeyd olunub ki, hücum zamanı ekipaj üzvlərindən heç biri xəsarət
almayıb.

İyunun 18-də ABŞ və İran anlaşma memorandumu imzalayıblar.
İyunun 19-da Hörmüz boğazı əvvəlcədən sorğu göndərən gəmilər üçün
açılıb. Dünən ABŞ prezidenti Donald Tramp İranı Hörmüzdə atəşkəsi
pozmaqda günahlandırıb. UKMTO boğazda minaların qaldığı barədə
xəbərdarlıq edib və gəmilərə bu marşrutdan keçərkən cənub
marşrutundan istifadə etmələri tövsiyə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir