İran və BƏƏ ticarət əməliyyatlarını bərpa edib

Baş səhifə

Bakı. Trend:

İran və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Cəbəl Əli limanı
vasitəsilə ticarət əməkdaşlığını bərpa ediblər.

Bu barədə İram mediası məlumat yayıb.

“İranın Ticarətin İnkişafı Təşkilatının Ticarət Xidmətləri üzrə
direktor müavini İran və BƏƏ arasında Cəbəl Əli limanı vasitəsilə
ticarət əlaqələrinin bərpa olunduğunu elan edib”, – məlumatda
deyilir.




Cəbəl Əli limanı BƏƏ ərazisində yerləşən cənubi Fars
körfəzindəki ən vacib limanlardan biridir və BƏƏ ilə İran arasında
ticarətin əsas hissəsinin keçdiyi ən vacib tranzit mərkəzlərindən
biridir.

28 fevral 2026-cı ildə başlayan ABŞ-İsrail hərbi əməliyyatı
nəticəsində Cəbəl Əli limanı vasitəsilə ticarət əməliyyatları
dayandırılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir