
Bakı. Trend:
Pekində yüngül tək mühərrikli təyyarənin göydələnlə toqquşması
nəticəsində 13 nəfər xəsarət alıb.
Xarici media yazır ki, hadisə nəticəsində pilot həlak olub.
Çin hakimiyyət orqanlarının məlumatına görə, təyyarədə pilot tək
olub. Bütün zərərçəkənlər qəza yerində xəsarət alıblar. Onların
vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb. Toqquşmanın səbəbi
hələlik müəyyən edilməyib.
İyunun 26-da kiçik Sunward SA 60L Aurora təyyarəsi Pekinin ən
hündür göydələni olan CITIC qülləsinə çırpılıb . Binanın bir
mərtəbəsindəki bir neçə pəncərə sınıb. İnsanlar binadan təxliyə
edilib. Flightradar24-ün məlumatına görə, təyyarə Şifosi hava
limanına gedərkən nəzərdə tutulan istiqamətdən xeyli yayınıb.

