“Qarabağ” Avstriya klubu ilə oyunda 4 qol vuruldu

Baş səhifə

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sözügedən ölkədə ilk yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv yerli “Tirol” klubu ilə üz-üzə gəlib.

“In Gernot Langes” stadionunda, Bakı vaxtı ilə saat 19:00-da start götürən matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 4:0. “Köhlən atlar”ın heyətində Zakariya Savo het-trik edib, digər qolu Kamilo Duran vurub.

Xatırladaq ki, “Qarabağ” Bakıdakı yoxlama matçında “Zirə”ni məğlub edib – 4:3.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir