Serbiya Prezidenti kimi son günlərimdir – Aleksandar Vuçiç

Baş səhifə

Bakı. Trend:

Dövlət başçısı kimi son həftələrimdir.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqraddakı mitinqdə
tərəfdarları qarşısında bildirib.




“Prezident kimi böyük izdiham qarşısında sonuncu müraciətimdir.
14 ildir ki, mən ölkəmə sədaqətlə xidmət edirəm. Mən Serbiyanı
dünyada hər şeydən çox sevirəm. Bu, mənim Serbiya Prezidenti kimi
son günlərimdir”, – deyə Vuçiç qeyd edib.

Xatırladaq ki, iyunun 10-da Aleksandar Vuçiç dövlət başçısı
vəzifəsindən istefa verməyi və respublikanın Baş naziri postuna
namizədliyini irəli sürməyi düşündüyünü açıqlamışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir