Pakistanda terror: Ölənlər var

Baş səhifə

İyunun 27-də axşam saatlarında cənub liman şəhəri Karaçidə terrorçuların təhlükəsizlik qüvvələrinin bazasına basqını nəticəsində azı üç əsgər həlak olub.

Metbuat.az xəbər verir ki, şübhəli bombaçı partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsini binanın girişinə çırpdıqdan sonra böyük partlayış baş verib.

Qısa müddət sonra beş-altı yaraqlıdan ibarət qrup Karaçinin şərq rayonunda hərbiləşdirilmiş “Reyncer” qüvvələrinin təhlükəsizlik bazasına basqın edib.

Polis rəisi Cavid Alam Odho jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, üç əsgərin ölümü təsdiqlənib. O əlavə edib ki, indiyə qədər azı üç terrorçu da öldürülüb.

Hələlik heç bir qrup bu terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir