BFMTV: Parisdə anomal istilər səbəbindən morqlar dolub

Baş səhifə

Fransanın paytaxtı Parisdə anomal isti hava şəraiti fonunda ölüm hallarının artması morqlarda yer çatışmazlığı yaradıb.

Bu barədə BFMTV telekanalı dəfn xidməti şirkətlərindən birinin rəhbəri Fabien Hügenin açıqlamasına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, morqlar tam dolduğundan dəfn xidmətləri yeni meyitlərin yerləşdirilməsində ciddi çətinliklərlə üzləşib.

“Saxlama yerləri qalmayıb və vəziyyət getdikcə mürəkkəbləşir”, – deyə o bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir