
Bakı. Trend:
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti
tədarük həyata keçirilib.
11 vaqondan ibarət, çəkisi 770 ton olan buğda bu gün Biləcəri
stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti
İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata
birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş
Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan
qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan
taxılının Ermənistana tədarükü olduğunu bildirib.

