Ağdərədə avtobus aşıb, xeyli sayda yaralı var

Baş səhifə

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın əldə etdiyi ilkin məlumata görə, rayon ərazisində avtobusun aşması nəticəsində xeyli sayda şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda yaralılar Ağdam və ətraf rayonlardan cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara təxliyə edilir.

Hadisənin başvermə səbəbi, yaralıların dəqiq sayı və digər təfərrüatlar araşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir