Hakimliyə namizədlər üçün test imtahanı keçirilib

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) Hakimlərin Seçki Komitəsi ilə birgə
hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı
keçirib.

Bu barədə DİM məlumat yayıb.

İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan
vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar.
Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.




İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 339 nəfərdən 2
nəfər imtahana gəlməyib. 175 nəfər 60 və daha yüksək bal toplamaqla
müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.

Nəticələrlə bağlı Apellyasiya Komissiyası 29, 30 iyun və 1
iyulda saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı
şəhəri, Binəqədi rayonu, S.S.Axundov küç., 50) fəaliyyət
göstərəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir