Almaniyada rekord temperatur qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Almaniyada davam edən isti hava dalğası fonunda ardıcıl üçüncü
gündür ki, ölkə üzrə rekord temperatur qeydə alınıb.

Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, ölkənin
Polşa ilə sərhədində yerləşən Koşen qəsəbəsində havanın temperaturu
41,7 dərəcə təşkil edib. Bu, indiyədək ölkədə ölçülmüş ən yüksək
temperaturdur.

İyunun 26-da Saarbrüken əyalətində 41,3, ötən gün isə
Saksoniya-Anhalt əyalətində 41,5 dərəcə qeydə alınıb. Əvvəlki
rekord göstərici 2019-cu ilin iyulunda Şimali Reyn-Vestfaliya
əyalətinin Tönisforst və Duysburq-Baerl şəhərlərində ölçülüb – 41,2
drəcə.




Qeyd edək ki, ötən gecə də Almaniya tarixində ən isti gecə olub.
Saksoniya əyalətinin Bautsen rayonundakı Kubşüts yaşayış
məntəqəsində gecə havanın temperaturu 29,4 dərəcə təşkil edib.
Bununla da, 2003-cü ilin avqustunda Reynland-Pfalts əyalətinin
Vaynbit bölgəsində qeydə alınmış 27,2 dərəcəlik əvvəlki rekord
yenilənib.

Havanın bazar ertəsindən etibarən tədricən sərinləşəcəyi və
əksər bölgələrdə 30 dərəcədən aşağı düşəcəyi proqnozlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir