
Bakı. Trend:
Polşanın şimalındakı Torun şəhərində temperatur 40,3 dərəcə
Selsiyə çataraq yeni rekord həddə çatıb.
Bu barədə Polşa Meteorologiya və Su Təsərrüfatı İnstitutunun
mətbuat katibi “Polsat” televiziya kanalına məlumat verib.
Onun sözlərinə görə, əvvəlki temperatur rekordu 100 ildən çox
əvvəl, 29 iyun 1921-ci ildə qeydə alınıb. O zaman Polşanın
qərbindəki Proşkov şəhərində havanın temperaturu 40,2 dərəcəyə
çatıb.
Bazar günü həddindən artıq yüksək temperatur səbəbindən Polşada
ikinci və üçüncü səviyyəli təhlükə elan edilib.

