Saatlıda 8 kq narkotik dövriyyədən çıxarılıb

Baş səhifə

Saatlıda 8 kiloqram narkotik dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupunda APA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.

Onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir