Ağcabədidə 24 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

Baş səhifə

Ağcabədi rayonunda 24 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayon ərazisində təmir-bərpa işləri aparılan zaman qeydə alınıb. “Azərişıq” ASC-nin əməkdaşı, 2002-ci il təvəllüdlü, Ağcabədi sakini Vəli Süleymanov elektrik dirəyində işləyərkən onu cərəyan vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir