Bakıda “Türk Dünyası Həftəsi”nin açılışı keçirilir

Baş səhifə

Bakı. Trend:

İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji
Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin
açılış mərasimi keçirilir.

Trend-in tədbirdəki müxbiri cxəbər verir ki, əvvəlcə Prezident
Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və
dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham
Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk
Dünyası Həftəsi”nin iştirakçılarına müraciətini səsləndirib.

Qeyd edək ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən
ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
“Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi
haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq
təşkil olunub.

“Birinci Türkoloji Qurultay” ilk dəfə 1926-cı ildə Bakıda
keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham
Əliyev tərəfindən 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində
keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə
Görüşündə irəli sürülüb.




İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və
Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri
Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası,
Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.

Rəsmi açılış mərasimində türk respublikaları daxil olmaqla,
ümumilikdə 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış
türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından
nümayəndələr iştirak edir.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir