ABŞ millisinin hücumçusu Avropa nəhənglərinin hədəfindədir

Baş səhifə

Bakı. Trend:

“Monako”nun hücumçusu Folarin Baloqan karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.

Bu barədə “CaughtOffside” məlumat yayıb.

“Çelsi” amerikalı futbolçunun transferində maraqlıdır.




Fransa klubu Baloqanı 50-55 milyon avroya satmağa hazırdır. 24
yaşlı forvard özü klubunu dəyişmək istəyir.

“Nyukasl”, “Borussiya”, “Yuventus” və “Barselona” da oyunçu ilə
yaxından maraqlanır.

Qeyd edək ki, “Monako” Folarin Baloqanı 2023-cü ilin yayında “Arsenal”dan 30 milyon avroya transfer edib. ABŞ millisinin üzvü
2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı
43 rəsmi matçda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir