
Bakı. Trend:
Bakı şəhərinin Xətai rayonunun NZS qəsəbəsində məişət
tullantılarının toplandığı ərazidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti
məlumat yayıb.
Məlumatda bildirilib ki, qeyd olunan ərazidə yanğın baş verməsi
barədə məlumat daxil olub.
“Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir”, – məlumatda qeyd olunub.

