
Bakı. Trend:
“Real” və Braziliya millisinin üzvü Vinisius Junior dünya
çempionatlarında Lionel Messi və Kriştiano Ronaldonun unikal
nailiyyətini təkrarlayıb.
25 yaşlı vinger DÇ-2026-nın qrup mərhələsində komandasının
keçirdiyi hər üç matçda ən yaxşı oyunçu seçilib. Vinisius Mərakeş,
Haiti və Şotlandiya yığmalarına qarşı keçirilən görüşlərin
yekunlarına əsasən bu mükafata layiq görülüb.
Buna qədər yalnız iki futbolçu belə bir nəticəyə nail ola
bilmişdi. 2010-cu il dünya çempionatında Kriştiano Ronaldo
Braziliya, Fil Dişi Sahili və KXDR ilə matçlarda, 2014-cü il
mundialında isə Lionel Messi Bosniya və Herseqovina, İran və
Nigeriya ilə qarşılaşmalardan sonra analoji mükafatı
qazanmışdı.
Beləliklə, Vinisius bir dünya çempionatının qrup mərhələsində
keçirilən hər üç matçda ən yaxşı oyunçu seçilən tarixdə üçüncü
futbolçu olub.

