
Bakı. Trend:
İraq Baş naziri Əli əl-Zeydi hökumətinin korrupsiyaya qarşı
mübarizənin birinci mərhələsinə başladığını açıqlayıb.
Xarici media yazır ki, bu açıqlama İraq təhlükəsizlik
qüvvələrinin neft sektoru ilə əlaqəli tanınmış siyasətçilərin,
parlament üzvlərinin və vəzifəli şəxslərin kütləvi həbslərinə
başlamasından bir gün sonra verilib.
Reydlər Bağdadın bir neçə ərazisində, o cümlədən diplomatik
məhəllə kimi tanınan Yaşıl Zonada baş tutub. Ekspertlər hesab
edirlər ki, əl-Zeydi korrupsiyaya qarşı mübarizə kampaniyasından öz
mövqeyini gücləndirmək və ABŞ-nin etimadını qazanmaq üçün istifadə
edir. Saxlanılanlar arasında İrana rəğbət bəsləyən bir çox şəxs
var.
İraqın baş naziri vurğulayıb ki, heç bir korrupsiyalaşmış dövlət
məmuru toxunulmazlıqdan istifadə edə bilməyəcək.
Əl-Zeydi həmçinin mərkəzi hökumətin silah üzərində inhisarını
bərpa etmək üçün kampaniya başlatmağa söz verib. Bu inhisarlar
hazırda İraqda çoxsaylı paramilitar qrupların nəzarətindədir və
İranı dəstəkləyir. Baş nazirin sözlərinə görə, güc tətbiqi yalnız
dövlətin sərəncamında” olmalı olan bir səlahiyyətdir.

