Yeni transfer məşqdə zədələndi

Baş səhifə

“Fənərbağça”nın hücumçusu Vedat Muriqi məşq zamanı zədələnib.

Modern.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Kosovalı futbolçu məşq zamanı ağrı hiss edib. MRT müayinəsindən sonra Muriqiyə sağ baldır əzələsində qismən cırıq diaqnozu qoyulub.

Klub futbolçunun müalicə və reabilitasiya prosesinə başlanıldığını açıqlayıb.

Vedat Muriqinin təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir