“Fənərbaxça”nın istədiyi Levandovski seçimini etdi

Baş səhifə

“Barselona”dan ayrılan Robert Levandovski karyerasını ABŞ-də davam etdirəcək.

Metbuat.az xəbər verir ki, polşalı hücumçu MLS təmsilçisi “Çikaqo Fayr”la 2 illik müqavilə imzalayıb. İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, 37 yaşlı futbolçu iki həftə əvvəl klubun bazasını və şəhəri ziyarət etdikdən sonra yekun qərarını verib və “Çikaqo Fayr”ın təklifini qəbul edib. Beləliklə, Robert Levandovski uzun illər Avropada çıxış etdikdən sonra karyerasında yeni səhifə açaraq MLS-də mübarizə aparacaq.

Qeyd edək ki, “Fənərbaxça” klubunun da Robert Levandovskini transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir