
Bakı. Trend:
Rusiyanın “Zenit” klubu hücum xəttini yeni oyunçu ilə
gücləndirib.
Premyer Liqa nəhəngi “Trabzonspor”dan Felipe Avqustonu transfer
edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə klubu braziliyalı forvardın satışından bonuslarla
birlikdə 20 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, “Trabzonspor” Felipe Avqustonu 2025-ci ilin
yayında “Serkl Brügge”dən transfer etmişdi. 22 yaşlı hücumçu Super
Liqa təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 15 qol
vurub.

